MSK - Özünüidarəetmə seçkilərində iştirak məqsədilə təşəbbüs qruplarının qeydiyyat müddəti başa çatıb
MSK-da özünüidarəetmə seçkilərində iştirak məqsədilə təşəbbüs qruplarının qeydiyyat müddətinin başa çatdığını bildirirlər.
Seçki Komissiyasının məlumatına əsasən, munisipalitetin nümayəndəlik orqanı – Sakrebulo (şəhər şurası) və özünüidarəedən şəhərin/özünüidarəedən icmanın merinin 2025-ci ilin 4 oktyabr seçkilərində namizədin irəli sürülməsi məqsədilə ümumilikdə 50 təşəbbüs qrupu Seçki Administrasiyasına müraciət edib.
“Bütün Gürcüstan miqyasında müstəqil merliyə namizəd irəli sürmək məqsədilə 8 təşəbbüs qrupu müvafiq seçki komissiyalarına müraciət edib. 6 təşəbbüs qrupu qeydiyyatdan keçib, 2-nin qeydiyyata salınmasından imtina edilib.
Majoritar deputatlığa namizədlərə gəlincə, 42 təşəbbüs qrupu majoritar namizədin irəli sürülməsi məqsədilə müvafiq dairə seçki komissiyalarına müraciət edib, 39 təşəbbüs qrupu qeydiyyatdan keçib, 3-nün qeydiyyata salınmasından imtina edilib. Təşəbbüs qrupları tərəfindən irəli sürülmüş müstəqil namizədlər seçkilərə ən geci 40 gün qalmış (25 avqust) qeydiyyat məqsədilə tərəfdarlarının siyahılarını təqdim etməlidirlər” – MSK-nın bəyanatında deyilir.