MSK-nın sədri seçkilərdə ilk dəfə iştirak edən gənc seçicilərə müraciət edir
Oktyabrın 4-də munisipalitet orqanları seçkiləri keçiriləcək. Gürcüstan vətəndaşları öz munisipalitetlərinin merlərini və şəhər şuralarının üzvlərini 4 il müddətinə seçəcəklər. Bu vətəndaşlar arasında sən və bu il ilk dəfə seçkilərdə iştirak edə biləcək 46 000-dən çox gənc olacaq – bu barədə MSK-nın sədri Qiorqi Kalandarişvilinin müraciətində qeyd olunub.
“Fəal ictimai və siyasi həyatda sənin ilk addımın seçki hüququndan istifadə etməkdir. Məhz bu seçkilərdə sənin ilk dəfə seçkilərdə iştirak etmək – demokratik cəmiyyətin formalaşması üçün ən vacib olan prosesdə iştirak etmək imkanın var.
Beləliklə, ilk dəfə səs verməyə hazırlaşarkən yadda saxla ki, bu, ölkənin, şəhər və ya icmanın idarəolunmasına və gələcəyinin formalaşmasına töhfə verməyin üçün bir imkandır. Sənin üçün maraqlı və vacib olan məsələləri dəstəklə, demokratik cəmiyyətin formalaşmasına və seçki mədəniyyətinin inkişafına kömək et.
Düşünmə ki, bir səs heç nəyi dəyişmir. Hər şey bir səslə başlayır, xüsusən də sənin səsin olduqda. Sənin merinin kim olacağına, sənin şəhər məclisində kimin çalışacağına sən qərar verirsən və yaşadığın və can yandırdığın yerin necə olacağını məhz bu seçim müəyyənləşdirir.
Seçki Administrasiyası və şəxsən mənim üçün bu qurumun rəhbəri üçün seçki proseslərində gənclərin iştirakı xüsusi əhəmiyyət kəsb edir. Bu, bizim ümumi işimizdir. Məhz bu səbəbdən, sənə müraciət edirəm – hüququndan istifadə et, seçkilərə gəl və munisipalitetinin nümayəndəliyini seç” – MSK-nın sədrinin müraciətində qeyd olunub.