MSK-nın sədri Qiorqi Kalandarişvili dairə və məntəqə seçki komissiyalarına müraciət edir
MSK-nın sədri Qiorqi Kalandarişvili dairə və məntəqə seçki komissiyalarına müraciət edir

 

Gürcüstanın Mərkəzi Seçki Komissiyasının sədri Qiorqi Kalandarişvilinin bəyanatına əsasən, Seçki Administrasiyası munisipalitet orqanlarının 4 oktyabr seçkilərinin yüksək peşəkarlıq səviyyəsində, beynəlxalq standartlara uyğun keçirilməsi üçün fəal işləməyə davam edir.

Kalandarişvili bildirib ki, ölkə miqyasında 3051 seçki məntəqəsi açılıb, onlardan 2284 seçki məntəqəsində səsvermə elektron, 767 məntəqədə isə ənənəvi qaydada keçiriləcək.

Bununla yanaşı, seçkilərin idarəolunmasını ölkə miqyasında dairə və məntəqə seçki komissiyalarının 34 000-dən çox üzvü həyata keçirəcək. Onlardan 25 800-dən çoxunu Seçki Administrasiyası seçib, qalanları isə müvafiq səlahiyyətli partiyalar tərəfindən təyin olunub.

“Burada xatırlatmaq istərdim ki, məntəqə seçki komissiyalarında dairə seçki komissiyaları tərəfindən seçilmiş bütün şəxslər müvafiq sertifikata malikdirlər, həmçinin onların əksəriyyəti seçki sahəsində iş təcrübəsinə malikdir, eləcə də Mərkəzi Seçki Komissiyasının maarifləndirmə layihələrinin iştirakçısıdır. Dairə və məntəqə seçki komissiyalarının bütün üzvlərinə müraciət edirəm və onları fəaliyyətlərini həyata keçirərkən Seçki Məcəlləsinə, eləcə də bizim – MSK, dairə və məntəqə seçki komissiyalarının imzaladığı Etika Məcəlləsində qeyd olunmuş prinsiplərə əməl etməyə çağırıram.
Məhz Etika Məcəlləsini imzalamaqla biz razılaşdıq ki, hər bir seçki administratoru qanuna, siyasi neytrallığa əməl edəcək və fəaliyyətini vicdanla, müstəqil, qərəzsiz, obyektiv və şəffaf şəkildə həyata keçirəcək. Qeyd olunan prinsiplərə, yüksək etik standartlara əməl olunması, Seçki Administrasiyasına və ümumilikdə seçki prosesinə cəmiyyətin etimadının daha da artmasını və möhkəmlənməsini təmin edəcək və kömək edəcək.

Bütün yuxarıda qeyd olunanlardan irəli gələrək, dairə və məntəqə seçki komissiyalarına tövsiyə ilə müraciət etmək istərdim, hansısa seçki subyektinə dəstək və ya əleyhinə olan əməl kimi qiymətləndirilə biləcək hərəkətlərdən, o cümlədən sosial şəbəkələrdəki şəxsi səhifələrindən siyasi çağırışlar və təşviqat məqsədləri üçün istifadə etməkdən, partiyaların/namizədlərin seçkiqabağı görüşlərində iştirak etməkdən çəkinsinlər və peşə fəaliyyətlərini siyasi proseslərdən mümkün qədər ayırsınlar.

Seçkilər ümumi işdir və ilk növbədə, biz bu prinsiplərə əməl olunmasına və beynəlxalq standartlara uyğun seçkilərin idarəolunmasına kömək etməliyik. Məhz bu səbəbdən mən sizi bir daha iştirakçı tərəflərə fəaliyyətlərini həyata keçirərkən yüksək standartlara uyğun nümunə göstərmək üçün onlara əməl etməyə çağırıram” – Qiorqi Kalandarişvili qeyd edir.