MSK-nın rəhbər şəxsləri ATƏT/Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun müşahidə missiyasının nümayəndələri ilə görüşüblər
MSK-nın sədri müavin və qurumun struktur vahidlərinin rəhbər şəxsləri ilə birlikdə ATƏT/Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun müşahidə missiyasının rəhbərləri və nümayəndələri ilə görüşüb.
MSK-nın mətbuat xidmətindən verilən məlumata əsasən, Qiorqi Kalandarişvili ATƏT/Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun nümayəndələrinə seçkilərin keçirildiyi gündən bu vaxtadək inkişaf edən hadisələr və son günlər ərzində seçki prosesi ilə bağlı yayılan bütün məsələlər haqda ətraflı məlumat verib. Bundan əlavə, Seçki Administrasiyası nümayəndə heyətinin üzvlərinə bütün maraqlı məlumatı vaxtında və dolğun şəkildə təqdim etməyə hazır olduğunu bir daha təsdiqləyib.
“Qiorqi Kalandarişvili Seçki Administrasiyasının fəaliyyətinə obyektiv, qərəzsiz və müsbət qiymət verdikləri üçün missiyanın nümayəndələrinə təşəkkür edib. Onun qeyd etdiyi kimi, Seçki Administrasiyası ATƏT/Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun müşahidə missiyasının hesabatı və sənəddə qeyd olunan bütün tapıntılar və ya narahatlıqlar ilə tanış olub.
Kalandarişvili bu məlumatın təhlil ediləcəyinə, səlahiyyət və imkanlar çərçivəsində nəzərə alınacağına hazır olduğunu təsdiqləyib. Qiorqi Kalandarişvilinin bəyanatına əsasən, bu, seçki elektron texnologiyalarının geniş miqyasda istifadə edildiyi ilk seçkilərdir və bu prosesin daha da təkmilləşdirilməsi üçün müşahidə təşkilatlarının obyektiv fikir və tövsiyələrini dinləmək mühümdür”- MSK-nın məlumatında qeyd olunub.
ATƏT/Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun missiyasına Ouen Merfi rəhbərlik edir. Bugünkü görüşdə onunla birlikdə missiya rəhbərinin müavini Marsel Naci, seçki məsələləri üzrə analitik Martsela Maşkova, analitik Ana Melikiyan iştirak edirdi.
Seçki Administrasiyası tərəfdən görüşdə hüquq şöbəsinin rəhbəri Qiorqi Santuriani və seçki prosesinin idarəedilməsi şöbəsinin rəhbəri Eka Tsabaşvili iştirak edirdi.