MSK-nın müxalifətçi üzvləri, o cümlədən Davit Kirtadze Avropa İttifaqının səfirliyində görüş keçirirlər
MSK-nın müxalifətçi üzvləri Avropa İttifaqının səfirliyində siyasət, informasiya və media şöbəsinin rəhbərinin müavini Pier Salier və layihənin rəhbəri Antonio Dal-Borqo ilə görüş keçirirlər. Qeyd edildiyi kimi, görüş müxalifət nümayəndələrinin təşəbbüsü ilə keçirilir.
O cümlədən “Vahid Milli Hərəkat”ın üzvü Davit Kirtadze və “Güclü Gürcüstan” koalisiyasının nümayəndəsi Qiorqi Sioridze səfirlikdədir.
Görüşə daxil olmamışdan əvvəl onlar MSK-nın müxalifətçi üzvləri kimi seçkilərdə aşkarlanmış pozuntular ilə əlaqədar səfirliyin nümayəndələrinə məlumat verəcəklərini deyiblər.
“Avropa İttifaqının səfirliyinin nümayəndələri ilə bu gün bizim mühüm görüşümüz var. Biz seçkiöncəsi dövrdə və seçki günü aşkar edilmiş, son nəticədə hakimiyyət və MSK tərəfindən seçkilərin qəsb edilməsi ilə nəticələnən pozuntular ilə bağlı onlara məlumat verəcəyik. Bu, ən ədalətsiz, qeyri-şəffaf seçkilər idi və ən əsası gürcü xalqının iradəsini əks etdirmirdi” – Davit Kirtadze qeyd edib.
Məlumat üçün bildirək ki, Mərkəzi Seçki Komissiyasının sədri Qiorqi Kalandarişvili noyabrın 16-da baş verən insidentə görə Davit Kirtadzenin 4 il müddətinə Seçki Administrasiyasında işləməsinə məhdudiyyət qoyulacağını bildirib.