MSK-nın məlumatına əsasən, saat 15:00 üçün seçki məntəqələrinə 991 651 seçici gedib, bu isə ümumi sayın 28.22 faizini təşkil edir
Saat 15:00 üçün seçki məntəqələrinə 991 651 seçici gedib, bu isə seçicilərin ümumi sayının 28.22 faizini təşkil edir. Bu barədə MSK-nın mətbuat katibi Natia İoseliani brifinqdə deyib.
İoselianinin qeyd etdiyi kimi, bu vaxt üçün dairə seçki komissiyalarına 5 şikayət daxil olub.
MSK-nın mətbuat katibi Natia İoseliani növbəti məlumat brifinqi keçirib və seçici fəallığı ilə bağlı məlumat təqdim edib. O bildirib ki, saat 15:00-a olan vəziyyətə əsasən seçici fəallığı belədir – seçki məntəqələrinə 991 651 seçici gedib, bu isə seçicilərin ümumi sayının 28.22 faizini təşkil edir.
“Səsvermə əsasən dinc və peşəkar şəraitdə keçirilir. Ayrı-ayrı insidentlər qeydə alınır, bu isə seçkilərin gedişinə təsir göstərə bilməz. Şikayətlərlə bağlı məlumata gəlincə, iştirakçı tərəflərin şikayətlərin təqdim edilməsi prosedurlarını bilməsinə baxmayaraq, əsassız ittihamlar eşidirik. Bir daha izah edə bilərik ki, şikayətlərin yazılmasının müvafiq prosedurları var və bu prosedurlara əməl olunmalıdır. Bu vaxt üçün dairə seçki komissiyalarına əsasən aşağıdakı məsələlərlə bağlı 5 şikayət daxil olub: şəkil və video çəkiliş qaydasının pozulması, səsvermə binasının təşkili və seçicilərin seçki məntəqəsindən kənarda qeydiyyata alınması” – Natia İoseliani bildirib.
Məlumat üçün bildirək ki, bu gün Gürcüstanda yerli özünüidarəetmə seçkiləri keçirilir. Səsvermə prosesi saat 08:00-da başlayıb və 20:00-da başa çatacaq. Ölkə miqyasında 3061 seçki məntəqəsi fəaliyyət göstərir. Yerli seçkilər üçün 12 siyasi partiya qeydiyyatdan keçib.
Mərkəzi Seçki Komissiyasının sədri Qiorqi Kalandarişvilinin bəyanatına əsasən, ilkin nəticələr səsvermə başa çatdıqdan sonra təxminən iki saata məlum olacaq.