MSK-nın məlumatına əsasən, saat 10:00 üçün özünüidarəetmə seçkilərində seçici fəallığı 7.85 faiz təşkil edir, ən yüksək fəallıq Raca-Leçxumidə qeydə alınır
MSK-nın məlumatına əsasən, saat 10:00 üçün özünüidarəetmə seçkilərində seçici fəallığı 7.85 faiz təşkil edir, ən yüksək fəallıq Raca-Leçxumidə qeydə alınır

 

Saat 10:00 üçün özünüidarəetmə seçkilərində seçici fəallığı 7.85 faiz təşkil edir. Bu barədə Mərkəzi Seçki Komissiyasında keçirilən brifinqdə bəyan ediblər.

Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Natia İoselianinin qeyd etdiyi kimi, ən yüksək fəallıq Raca-Leçxumidə qeydə alınır.

“Seçki Administrasiyası səsvermə gününün gedişatı ilə bağlı seçiciləri və seçkidə iştirak edən tərəfləri məlumatlandırmağa davam edir. Bu vaxt üçün seçki məntəqələrində səsvermə prosesi dinc şəraitdə keçirilir.

Saat 10:00-a olan vəziyyət görə, seçici fəallığı barədə sizləri məlumatlandırırıq. Bu vaxt üçün seçki məntəqələrinə 275 948 (7.85%) seçici gedib. Ən yüksək fəallıq Raca-Leçxumidə qeydə alınır.

Səhhətinə görə seçkilərə gələ bilməyən seçicilər üçün məntəqələrdən daşınan seçki qutuları artıq çıxarılıb. Xatırladaq ki, daşınan seçki qutusundan istifadə edərək səs verəcək seçicilər də işarələnmədən keçirlər.

Seçki qanunvericiliyinə əsasən, bu gün səsvermə binasında təşviqat aparmaq qadağandır. Səsvermə binasının girişindən 25 metr məsafədə təşviqat materiallarının yerləşdirilməsi qadağandır. Həmçinin səsvermə günü səsvermə binasında və ya səsvermə binasından 100 metr məsafədə seçicilərin hərəkətinə fiziki maneə törətmək qadağandır. Həmçinin, səsvermə günü səsvermə binasından 100 metr məsafədə insanların toplanması və ya seçicilərin qeydiyyata alınması qadağandır.

Həmçinin saat 20:00-a qədər televiziya və radio efirində seçkiqabağı ödənişli və/və ya pulsuz reklam qadağan olunur. Həmçinin, seçkilərlə bağlı ictimai rəy sorğusunun nəticələrinin dərc edilməsi qadağan olunur” – MSK-da bildiriblər.