MSK-nın ilkin nəticələrilə, yerli özünüidarəetmə seçkilərində ölkə miqyası ilə “Gürcü Arzusunun” 46.68%, “Milli Hərəkatın” 30.7 faizi var
MSK-nın ilkin nəticələrilə, yerli özünüidarəetmə seçkilərində ölkə miqyası ilə “Gürcü Arzusunun” proporsional hissəsində 46.68% (822 669 səs) , “Milli Hərəkatın” 30.7 (541 069 səs) faizi var.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, cəmi 3 743 məntəqədən səslər 3 742 məntəqədə hesablanıb (99.97%).
Qeyd olunan məlumatla “Qaxariya – Gürcüstan üçün” partiyasının 7.8% (1 37 414 səs), “Lelo” partiyasının 2.71 % (47 836 səs), geridə qalan partiyaların isə, iki faizdən az səsləri var.
İlkin göstəricilərlə, 64 munisipalitetdən 20 munisipalitetdə mer seçkilərinin ikinci turu keçiriləcək.