MSK "Milli Hərəkatın", "Avropa Gürcüstanının", "Strategiya Ağmaşenebelinin", "Leyboristlər Partiyasının" və "Lelonun" pariya siyahılarını ləğv etdi
Gürcüstan Mərkəzi Seçki Komissiyası beş seçki subyektinin partiya siyahıını ləğv etdi. Müvafiq sərəncamlar MSK-nın veb-səhifəsində dərc olundu.
Daha dəqiq olaraq, qarşıdakı siyasi subyektlərin namizədlərinin seçki qeydiyyatı ləğv olundu və partiya siyahısından çıxarıldılar: “Vahid Milli Hərəkat” (№2-dən №169 da daxil olmaqla), “Avropa Gürcüstanı” (№6-dan №150 də daxil olmaqla), “Strategiya Ağmaşenebeli” (№5-dən №151 də daxil olmaqla), “Leyboristlər Partiyası” (№2-dən №169 da daxil olmaqla), “Lelo” (№5-dən №139 da daxil olmaqla).
Sərəncamda göstərilib ki, qeyd olunan subyektlərin siyahıları, onların liderlərinin ərizəsi əsasında ləğv olundu.