MSK - Maraqlı tərəflər ATƏT-in qətnaməsindən Seçki Administrasiyasını nüfuzdan salmaq və ümumilikdə seçki prosesinə zərər vurmaq üçün istifadə edirlər
MSK - Maraqlı tərəflər ATƏT-in qətnaməsindən Seçki Administrasiyasını nüfuzdan salmaq və ümumilikdə seçki prosesinə zərər vurmaq üçün istifadə edirlər

 

Maraqlı tərəflər ATƏT-in qətnaməsindən Seçki Administrasiyasını nüfuzdan salmaq və ümumilikdə seçki prosesinə zərər vurmaq üçün istifadə edirlər – bu barədə Gürcüstanın Mərkəzi Seçki Komissiyasının bəyanatında qeyd olunub.

MSK-nın bəyanatında qeyd olunduğu kimi, ATƏT/DTİHB tərəfindən parlament seçkiləri ilə bağlı yayılmış hesabatda və ATƏT-in qətnaməsində seçkilərin saxtalaşdırılmasından bəhs olunmamasına baxmayaraq, konkret şəxslər yenə media vasitəsilə guya seçkilərin saxtalaşdırılması və bunu ATƏT-in qətnaməsinin təsdiqləməsi haqda manipulyasiya xarakterli bəyanatlar verirlər.

“ATƏT-in qətnaməsində, eləcə də ATƏT/DTİHB-nin rəyində seçkilərin saxtalaşdırılmasından deyil, yalnız müəyyən növ pozuntulardan bəhs olunur. Burada deyilməlidir ki, əgər biz müxtəlif ölkələrdə keçirilmiş seçkilərlə bağlı dərc olunmuş hesabatlara nəzər salsaq, açıq şəkildə görərik ki, pozuntular/xətalar haqda söz-söhbətə hər yerdə rast gəlirik, lakin onların seçkilərin nəticələrinə təsir etməməsi vacibdir. Gürcüstanda aşkar edilmiş xətalar əsas məsələyə – seçicilər tərəfindən edilmiş seçimə və seçkilərin nəticələrinə təsir etməyib. Qeyd etmək lazımdır ki, ictimaiyyətin özü media vasitəsilə ATƏT-in baş katibinin Assambleyada seçkilərin nəticələrində əhalinin iradəsinin əks olunduğuna dair verdiyi bəyanatı gördü. Bununla yanaşı, mütləq qeyd edilməlidir ki, ATƏT-in qətnaməsində seçkilərlə bağlı əks olunmuş fikirlər ATƏT/DTİHB-nin hesabatındakı müşahidələrlə ziddiyyət təşkil edir.

Seçki günü seçki məntəqələrinin mütləq əksəriyyətində (90% və daha çox) seçki prosesinin gedişinin müsbət qiymətləndirildiyi ATƏT/DTİHB-nin rəyini ictimaiyyətə xatırlatmaq istərdik. Elektron seçki avadanlıqlarının 99 faizinin düzgün işlədiyi, səs sayma aparatının nəticələrinin isə əl ilə hesablanmış nəticələrlə üst-üstə düşdüyü vurğulanıb. Seçki Administrasiyasının şəffaflıq siyasəti və onun tərəfindən həyata keçirilmiş bir sıra fəaliyyətlər müsbət qiymətləndirilib. Vurğulanıb ki, seçicilərin siyahısının hazırlanması prosesi inklüziv xarakter daşıyırdı və müşahidəçilərin əksəriyyəti seçki siyahılarının dəqiqliyi ilə bağlı ciddi irad bildirməyib. Qeyd olunub ki, seçkilər rəqabətli idi və MSK tərəfindən partiyaların qeydiyyatı prosesi inklüziv şəkildə həyata keçirildi.

Qeyd olunmalıdır ki, ATƏT/DTİHB-nin rəyində seçki prosesi ilə bağlı bir sıra məsələlər üzrə müəyyən narahatlıqlar və tövsiyələr səsləndirilib. Buna əsasən müxtəlif ölkələrin təcrübəsində də rast gəlirik, seçki praktikasına xasdır və heç bir halda seçkilərin legitimliyinə məhəl qoymamaq üçün əsas təşkil etmir, üstəlik də rəydə seçkilərin saxtalaşdırılmasından bəhs olunmaması fonunda” – bu barədə Gürcüstanın Mərkəzi Seçki Komissiyasının bəyanatında qeyd olunub.