MSK dairə seçki komissiyalarının müvəqqəti üzvlərini seçdi
MSK dairə seçki komissiyalarının müvəqqəti üzvlərini seçdi

Mərkəzi Seçki Komissiyası bu gün keçirilən iclasında 4 oktyabrda keçiriləcək bələdiyyə orqanları seçkiləri üçün dairə seçki komissiyalarına 219 müvəqqəti üzv seçib.

MSK-nın yaydığı məlumata görə, namizədlərin seçilmə prosesi açıq və şəffaf şəkildə həyata keçirilib.

“Son illərdə formalaşmış təcrübəyə uyğun olaraq, seçki administrasiyası bu dəfə də müsabiqə iştirakçılarına müsahibə və bu prosesin canlı yayımda təqdim olunmasını təklif etdi. 254 namizəddən 119-u müsahibəyə razılıq verdi, onlardan 51-i isə MSK-nın sosial şəbəkəsi vasitəsilə müsahibənin canlı yayımına da razılıq bildirdi. Mərkəzi Seçki Komissiyasının üzvlərinin namizədlərlə müsahibə aparmaq imkanı oldu. Son altı ümumi seçkinin təhlili göstərir ki, 2025-ci il 4 oktyabr seçkiləri üçün MSK tərəfindən seçilən dairə seçki komissiyalarının müvəqqəti üzvlərindən: məntəqə seçki komissiyasında rəhbər vəzifədə işləmək təcrübəsi olan 69 komissiya üzvü var idi ki, bu da ümumi sayın 32 faizini təşkil edir; məntəqə seçki komissiyasının üzvü kimi işləmək təcrübəsi olan 22 üzv var idi ki, bu da ümumi sayın 10 faizinə bərabərdir; dairə seçki komissiyasının üzvü kimi işləmək təcrübəsi olan 188 üzv var idi ki, bu da ümumi sayın 86 faizini təşkil edir; müşahidəçi təşkilatın müşahidəçisi kimi təcrübəsi olan 48 üzv var idi ki, bu da ümumi sayın 22 faizini təşkil edir; 2020-ci ildə təhsil layihələrində iştirak etmiş 92 komissiya üzvü var idi ki, bu da ümumi sayın 42 faizinə bərabərdir, 2022 və 2023-cü illərdə isə – 76 üzv (35 faiz), 2024 və 2025-ci illərdə – 24 üzv (11 faiz) olmuşdur. Bütün 73 dairə seçki komissiyasında müvəqqəti üzvlərin vakansiyaları üzrə müsabiqə MSK tərəfindən 5 avqustda elan edilib. Hər dairədə üç vakant yer var idi”, – deyə məlumatda bildirilir.