MSK-da milli azlıqlar məsələsləri üzrə ATƏT-in ali komissarı nümayəndəsi ilə görüş keçirildi
MSK-da milli azlıqlar məsələsləri üzrə ATƏT-in ali komissarı nümayəndəsi ilə görüş keçirildi

Mərkəzi Seçki Komissiyasının sədr müavinləri Giorgi Sioradze, Giorgi Şarabidze və koordinasiya, planlaşdırma və hesablaşdırma departamentinin rəhbəri Siopio Siçinava milli azlıqlar məsələsləri üzrə ATƏT-in ali komissarının siyasi məsləhətçisi Mark Fumaqal və komissarın Gürcüstan ofisinin koordinatoru Nino Qoqoladze ilə görüşdülər.

MSK-nın məlumatına görə, görüşün əsas mövzusu 2021-ci il 2 oktyabr seçkiləri üçün milli azlıqların seçki prosesinə qoşulmalarına imkanların yaradılması üçün seçki administrasiyası tərəfindən həyata keçirilmiş fəaliyyət idi.

Giorgi Sioradze milli azlıqların kompakt şəkildə yaşadıqları majoritar dairələrində yaradılan seçki məntəqələrinin sayı və seçki komissiyalarının üzvlərinin hazırlanması barəsində söhbət etdi.

Görüşün iştirakçıları həmçinin seçki administrasiyası tərəfindən həyata keçirilmiş maarıfləndirmə proqramları və seçicilərin məlumatlandırılması istiqamətilə edilən işlər barəsində danışdılar.