MSK-da etnik azlıqların məsələləri üzrə daimi işçi qrupunun görüşü keçirilib
Mərkəzi Seçki Komissiyasında etnik azlıqların məsələləri üzrə daimi işçi qrupunun görüşü keçirilib. Məlumatı MSK yayır.
Onların məlumatına əsasən, görüşdə etnik azlıqların sıx məskunlaşdığı regionlarda yaşayan seçicilər üçün həyata keçirilmiş layihələr, informasiya-maarifləndirici proqramlar və yaxın gələcəkdə planlaşdırılan sertifikatlaşdırma imtahanları barədə danışıblar. İşçi qrupunun rəhbəri Qiorqi Santuriani bu mövzularla bağlı iştirakçılara ətraflı məlumat verib.
Santuriani iştirakçılara MSK və Təlim Mərkəzi tərəfindən işlənilib hazırlanmış sertifikatlaşdırmanın imitasiya olunmuş imtahanının elektron platformasını da təqdim edib. Bu platformanın məqsədi sertifikatlaşdırma imtahanlarına hazırlaşmağa dəstək olmaq və maraqlı şəxslərin seçki qanunvericiliyinə dair biliklərini yoxlamaqdır. Qeyd olunmalıdır ki, yeni platforma üç dildə fəaliyyət göstərir və istifadəçilərin istədikləri dildə sertifikatlaşdırmaya hazırlaşmaq imkanı var.
Görüşdə səs sayan elektron aparatın nümayişi də keçirildi. İştirakçılar bülleten üçün nəzərdə tutulmuş yarığa örtük əlavə edildikdən sonra aparatın necə göründüyünü yerindəcə gördülər.
MSK-da işçi qrup etnik azlıqların nümayəndəsi olan seçicilər üçün bərabər seçki mühitinin təmin edilməsi məqsədilə yaradılıb. Qrupun tərkibinə Seçki Administrasiyasının, dövlət qurumlarının və etnik azlıqlar mövzuları üzərində işləyən qeyri-hökumət təşkilatlarının nümayəndələri daxildir.