MSK bələdiyyə orqanları seçkiləri üçün qeydiyyatdan keçmiş partiya siyahıları, mer və majoritar namizədlərlə bağlı məlumat yayır
Mərkəzi Seçki Komissiyası bələdiyyə orqanları seçkiləri üçün qeydiyyatdan keçmiş partiya siyahıları, mer və majoritar namizədlərlə bağlı məlumat yayır.
MSK-nın məlumatına görə, seçkilər üçün 12 siyasi partiya və partiya siyahısı qeydiyyata alınıb, Tbilisidə isə doqquz mer namizədi qeydə alınıb.
“Seçki administrasiyası sizə bələdiyyə orqanları – şəhər və kənd bələdiyyələrinin 2025-ci il 4 oktyabr seçkiləri üçün qeydiyyatdan keçmiş partiya siyahıları, həmçinin mer və majoritar namizədlərlə bağlı məlumatı təqdim edir. Seçkilər üçün 12 siyasi partiya və partiya siyahısı qeydiyyata alınıb. Tbilisidə doqquz mer namizədi qeydə alınıb. Tbilisi Şəhər Şurası seçkiləri üçün bütün 12 siyasi birlik partiya siyahısı təqdim edib. Tbilisidən başqa, digər 63 bələdiyyədə ümumilikdə 112 mer namizədi qeydə alınıb, onların arasında təşəbbüs qrupları tərəfindən irəli sürülmüş dörd namizəd də var. 4 oktyabr seçkiləri üçün yerli majoritar seçki dairələrində isə ümumilikdə 2228 namizəd qeydə alınıb, onların 160-ı Tbilisidədir. Təşəbbüs qrupları tərəfindən isə 32 namizəd irəli sürülüb. Qeyd etmək lazımdır ki, qeydiyyat prosesini asanlaşdırmaq məqsədilə MSK tərəfindən qəbul edilmiş qərarlara əsasən siyasi birliklər üçün namizədlərin qeydiyyat prosedurları sadələşdirilib. Bu il ilk dəfə olaraq siyasi birliklərə bələdiyyə orqanları seçkilərində partiya siyahılarını məsafədən, elektron formada təqdim etmək imkanı yaradılıb. Bununla yanaşı, onlara mer və majoritar deputatlığa namizədləri də məsafədən təqdim etmək imkanı verilib,” – deyə MSK-nın məlumatında bildirilir.