MSK 3 oktyabrda keçiriləcək sakrebuloların aralıq seçkilərində qeydiyyatdan keçmiş seçki subyektlərinin sıra nömrələrini müəyyən edib

14:07, 19.08.2026

Mərkəzi Seçki Komissiyası (MSK) bələdiyyələrin nümayəndəli orqanları – sakrebulo üzrə 3 oktyabr 2026-cı il tarixində keçiriləcək aralıq seçkilərdə qeydiyyatdan keçmiş seçki subyektlərinin sıra nömrələrini müəyyən edib.
MSK-nın məlumatına görə, müvafiq qərar komissiyanın bu gün keçirilən iclasında qəbul edilib.
Beləliklə, 3 oktyabrda keçiriləcək aralıq seçkilər üçün qeydiyyatdan keçmiş seçki subyektlərinə aşağıdakı sıra nömrələri verilib:
🇳🇮 9 – “Güclü Gürcüstan – Lelo”
🇳🇮 41 – “Gürcü Arzusu”
Qeyd olunan subyektlərin namizədlər irəli sürməsi üçün seçki gününə ən geci 30 gün qalmışadək – 3 sentyabra qədər vaxtı var. Majoritar deputatlığa namizədlər müvafiq dairə seçki komissiyalarına təqdim edilməlidir.
Xatırladaq ki, 3 oktyabrda sakrebulo üzrə aralıq seçkilər Vani, Tsalkа, Dmanisi və Axmeta bələdiyyələrində keçiriləcək.
Aralıq seçkilər üçün ümumilikdə 7 seçki məntəqəsi açılacaq. Onlardan 4-də elektron seçici yoxlama və səs hesablama aparatlarından istifadə olunacaq. Seçicilər qeyd olunan bələdiyyələrin sakrebulo orqanlarına 4 majoritar üzv seçəcəklər.

Oxşar