Mövsümə hazırlıq mərhələsində Otar Kiteişvilinin "Şturmu" və Sloveniya "Mura"sı heç-heçə oynadılar #1TVSPORT
Otar Kiteişvilinin çıxış etdiyi Avstriya çempionu Qratsın “Şturm” klubu mövsümə hazırlıq çərçevəsində Sloveniya təmsilçisi “Mura” ilə yoldaşlıq oyunu keçirdi. Görüş 2:2 hesablı heç-heçə ilə başa çatdı.
Gürcüstan milli komandasının aparıcı oyunçularından biri olan Kiteişvili əsas heyətdə yer aldı. “Şturm” mövsümün ilk yoldaşlıq görüşündə “Gleisdorf”u 6:0 hesabı ilə məğlub etmişdi, lakin “Mura” ilə Qabersdorfda keçirilən matç daha çətin oldu.
Qrats təmsilçisi oyunun 6-cı dəqiqəsində Rozqanın qolu ilə önə keçdi. Sloveniyanın birinci divizion təmsilçisi isə fasilədən sonra Vizingerin (56′) və Proletanın (63′) dəqiq zərbələri ilə hesabda üstünlüyü ələ aldı – 2:1. “Şturm” matçın 90+2-ci dəqiqəsində Horvatın qolu ilə məğlubiyyətdən xilas oldu.
Qratsın “Şturm” klubu hazırlıq toplanışı çərçivəsində daha üç yoldaşlıq oyunu keçirəcək – 9 iyulda Çexiyanın “Mlada Boleslav” komandası ilə qarşılaşacaq, 19 iyulda isə iki test oyunu oynayacaq: günorta Avstriyanın “Voitsberg” komandası ilə, axşam isə Almaniyanın “Hamburq” klubu ilə. Mövsümə isə 25 iyulda Avstriya Kubokunun oyunu ilə start veriləcək.