Mövlud Çavuşoğlu - Türkiyənin hədəfi heç vaxt mülki əhali olmayıb, yalnız "Kürdüstan Fəhlə Partiyası" terror təşkilatı olub
Türkiyənin hədəfi heç vaxt mülki əhali olmayıb, yalnız “Kürdüstan Fəhlə Partiyası” terror təşkilatı olub, – “Anadolu” agentliyinin məlumatına görə, bu barədə Türkiyənin Xarici İşlər naziri, Mövlud Çavuşoğlu bəyan etdi.
Çavuşoğlu İraq rəsmilərinin Türkiyənin İraqın Kürdüstan bölgəsinə hücumu nəticəsində 8 mülki vətəndaşın həlak olması ilə bağlı açıqlamasına əks səda verdi.
“Türkiyə Silahlı Qüvvələrindən aldığımız məlumata görə, mülki şəxslərə qarşı heç bir hücum etməmişik”, – Mövlud Çavuşoğlu qeyd etdi.
Ona qədər Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayaraq İraq hökumətini “terror təşkilatının ritorikasının və təbliğatının təsiri altında” partlayışla bağlı açıqlama verməməyə çağırdı.
“Biz İraq hökumətini bu faciəli hadisənin əsl səbəbkarlarının müəyyən edilməsi üçün əməkdaşlığa çağırırıq”, – idarənin bəyanatında deyilir.
20 iyulda “Reuters” agentliyi İraqın dövlət mediasına əsaslanaraq, Türkiyənin İraqın Kürdüstan bölgəsindəki Dahuk vilayətinə hücumu nəticəsində 8 nəfərin öldüyünü, 23 nəfərin yaralandığı barəsində məlumat yaydı. Media vasitələrinin məlumatına görə, İraqın Kürdüstan bölgəsinin Türkiyə ilə sərhədində yerləşən Zaxo kurort şəhərciyinə artilleriya atəşi açıldı. İraq dövlət mediasının məlumatına görə, həlak olanın hamısı terrorçu idi.