Mövlud Çavuşoğlu – Ermənistan dağıdıcı zəlzələ zamanı türk xalqına dostluq əlini uzatdı, buna görə minnətdarıq

15:47, 15.02.2023

Ermənistan dağıdıcı zəlzələ zamanı türk xalqına dostluq əlini uzatdı, buna görə minnətdarıq, – bu barədə Türkiyə Xarici İşlər naziri, Mövlud Çavuşoğlu erməni həmkarı, Ararat Mirzoyanla görüşü zamanı bəyan etdi.

Ermənistan Xarici İşlər naziri nümayəndə heyəti ilə birlikdə, Türkiyədə rəsmi səfərdədir.

Görüşdə Türkiyə Xarici İşlər naziri Cənubi Qafqaz böılgəsində vəziyyətin normallaşmasından da danışdı.

“İnanırıq ki, humanitar sahədə hazırkı əməkdaşlığımız bu prosesi gücləndirəcək. Türkiyə-Ermənistan münasibətlərinin normallaşması istiqamətində əldə ediləcək irəliləyiş bölgəmizin çiçəklənməsini təmin edəcək”, – Çavuşoğlu bəyan etdi.

Oxşar