Mövcud məlumata əsasən, qondarma Sxinvalinin prokurorluğu Gürcüstan vətəndaşı Tamar Mearağişvilini saxlayıb
Mövcud məlumata əsasən, qondarma Sxinvalinin prokurorluğu Gürcüstan vətəndaşı Tamar Mearağişvilini saxlayıb

 

İşğal altındakı Sxinvalidə Gürcüstan vətəndaşını casusluq ittihamı ilə saxlayıblar. Bu haqda qondarma prokurorluğun mətbuat xidməti bəyan edib.

İşğal altındakı Sxinvalinin qondarma prokurorluğu saxlanılan şəxsin kimliyini açıqlamayıb, lakin mövcud məlumata əsasən, saxlanılan şəxs Gürcüstan vətəndaşı Tamar Mearağişvilidir.

“İstintaqa əsasən, Cənubi Osetiya ərazisinə daxil olan Gürcüstan vətəndaşı respublikanın strateji əhəmiyyətli obyektləri haqqında məlumat toplayır və ötürürdü, bununla da ölkənin təhlükəsizliyinə təhlükə yaradırdı” – qondarma prokurorluğun bəyanatında deyilir.

Mövcud məlumatlara əsasən, cinayət işi Rusiya Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə açılıb. Casusluq ittihamı 10 ildən 20 ilə qədər azadlıqdan məhrum etməni nəzərdə tutur.

“Bu şəxs hazırda saxlanılıb və istintaq cinayətdə iştirak edən digər şəxsləri müəyyənləşdirir” – işğal altındakı Sxinvalinin qondarma prokurorluğunda bildiriblər.