Moskvanın meri – Son 24 saat ərzində Moskvaya düşmən dronları ilə hücumlar davam edib, neft emalı zavoduna ziyan dəyib, itki yoxdur
Moskvada neft emalı zavoduna dronlarla hücum edilib. Medianın yaydığı məlumata əsasən, hücum yerli vaxtla saat 05:45-də baş verib.
Moskvanın meri Serqey Sobyanin hücumun neft emalı zavodunda yanğınla nəticələndiyini bildirib.
“Son 24 saat ərzində Moskvaya düşmən dronları ilə hücumlar davam edib. Bir dron neft emalı zavoduna ziyan vurub. İtki yoxdur. Hadisə yerində fövqəladə hallar xidmətləri çalışır” – Moskvanın meri bildirib.