Moskvada Stiv Uitkof, Cared Kuşner və Vladimer Putinin görüşü keçirilir
Moskvada Rusiya Prezidenti Vladimer Putin və ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkof və Cared Kuşnerin rəsmi görüşü başlayıb.
Putinlə birlikdə görüşdə Putinin köməkçisi Yuri Uşakov və Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kiril Dmitriyev iştirak edirlər.
Kreml qeyd olunan məlumatı yayır və müvafiq şəkil dərc edir.
Məlum olduğu kimi, görüş başa çatdıqdan sonra Uitkof və Kuşner Avropaya səfər edəcək və Volodimir Zelenskiyə Putinlə söhbət haqda məlumat verəcəklər.