Moskvada patrul polisinin avtomobilinin partlaması nəticəsində bir zabit həlak olub, daha iki polis əməkdaşı yaralanıb
Moskvada patrul polisinin avtomobilinin partlaması nəticəsində bir zabit həlak olub, daha iki polis əməkdaşı yaralanıb

 

Moskvada Savelov stansiyası yaxınlığında patrul polisinin avtomobilinin partlaması nəticəsində bir zabit həlak olub, daha iki polis əməkdaşı yaralanıb. Bu haqda məlumatı “Deutsche Welle” yayır.

Mövcud məlumatlara əsasən, hadisə gecə yarısı baş verib. Naməlum şəxs avtomobilə yaxınlaşıb və onu partladıb, hücumçu hadisə yerindəcə həlak olub.

Məlum olub ki, şübhəli hadisəni paralel olaraq mobil telefonu ilə çəkirmiş. Hücumun səbəbi hələlik bilinmir.