Moskvada Aleksandr Duqinin avtomobilini partlatdılar, qızı Daria Duqina öldü

10:35, 21.08.2022

Moskvada filosof Aleksandr Duqinin avtomobilini partlatdılar, qızı Daria Duqina öldü. Rus mediasının məlumatına görə, bu barədə özünü elan etmiş Donetsk Xalq Respublikasının rəhbəri, Denis Puşilin sosial şəbəkədə yazır.

Puşilinin sözlərinə görə, “baş verənlərdə, məqsədi Aleksandr Duqini aradan götürmək olan Ukraynalı terrorçuların əli var”.

“Aleksandr Duqini öldürmək istəyən, Ukrayna rejiminin terrorçuları onun qızını maşında partlatdılar”, – Puşilin yazır.

Rusiya mediasının məlumatına görə, hadisə Moskvanın Odintsovskoe rayonunda baş verdi. İstintaqın ilkin qərarına görə, partlayışı avtomobildə quraşdırılmış partlayıcı qurğu əmələ gətirdi. Faktla bağlı cinayət işi başlandı.

Daria Duqina, Aleksandr Duqinin rəhbərlik etdiyi Beynəlxalq Avrasiya Hərəkatının siyasi köşə yazıçısı idi.

Oxşar