Moskvada ABŞ tərəfindən tankerin saxlanılmasını dəniz qanunvericiliyinin pozuntusu hesab edir və ABŞ-ni ekipajın vətənə tez qayıtmasını təmin etməyə çağırırlar
Moskvada ABŞ tərəfindən tankerin saxlanılmasını dəniz qanunvericiliyinin pozuntusu hesab edir və ABŞ-ni ekipajın vətənə tez qayıtmasını təmin etməyə çağırırlar

 

Rusiyanın Xarici İşlər Nazirliyi ABŞ tərəfindən neft tankerinin saxlanılmasına münasibət bildirir. Nazirlik ABŞ-dan “Marinera” gəmisindəki ruslara “humanist və ləyaqətli rəftar”ı təmin etməsini tələb edir.

Nazirliyin bəyanatına əsasən, ABŞ onların vətənə “tez qayıtmasına” maneə olmamalıdır.

“Rusiya vətəndaşlarının ekipajda olması barədə daxil olmuş məlumatı nəzərə alaraq, Amerika tərəfinin humanist və ləyaqətli rəftarı təmin etməsini, onların hüquq və maraqlarına ciddi şəkildə hörmət etməsini və vətənə tez qayıtmalarına maneə olmamasını tələb edirik” – nazirlik bəyan edib.

Rusiyanın Nəqliyyat Nazirliyi də ABŞ tərəfindən neft tankerinin saxlanılmasına münasibət bildirir. Qurumun məlumatına əsasən, ABŞ tərəfindən tankerin saxlanılması dəniz qanunvericiliyinin pozuntusudur.

“Bu gün, Moskva vaxtı ilə təxminən saat 15:00-da ABŞ Dəniz Qüvvələri beynəlxalq ərazi sularında, açıq dənizdə gəmini saxlayıb. Gəmi ilə əlaqə kəsilib. BMT-nin 1982-ci ilin Dəniz Hüququ haqqında Konvensiyasına uyğun olaraq, naviqasiya azadlığı açıq dənizlərə də şamil edilir və heç bir dövlətin başqa bir dövlətin yurisdiksiyasında müvafiq şəkildə qeydiyyatdan keçmiş gəmilərə qarşı güc tətbiq etmək hüququ yoxdur” – bəyanatda deyilir.

Məlumat üçün bildirək ki, ABŞ Venesuela və Rusiya ilə əlaqəli neft tankerini saxlayıb. Əməliyyata ABŞ hərbçilərinin dəstəyi ilə Daxili Təhlükəsizlik Departamenti rəhbərlik edirdi.