Moskva Yunanıstanda saxlanılan Vlad Plaxatniukun Rusiyaya ekstradisiyasını tələb edir, Moldovada isə Plaxatniukun ekstradisiyasını onların daha əvvəl tələb etdiklərini bildirirlər
Moskva Yunanıstanda saxlanılan Vlad Plaxatniukun Rusiyaya ekstradisiyasını tələb edir, Moldovada isə Plaxatniukun ekstradisiyasını onların daha əvvəl tələb etdiklərini bildirirlər

 

Moskva Yunanıstanda saxlanılan moldovalı oliqarxın Rusiyaya ekstradisiyasını tələb edir. Bu barədə Moldova polis rəisi Viorel Çerneutsanu “Euronews Romania”ya deyib.

Onun sözlərinə əsasən, Moldovanın Demokratik Partiyasının sabiq lideri bu yaxınlarda Rusiyada olub və orada onu saxlamayıblar.

“Bizim fikrimizcə, Moskva bu şəkildə onu Rusiyaya gətirməyə və təhlükəsizliyini təmin etməyə çalışır” – Moldova polis rəisi bildirib.

Çerneutsanunun sözlərinə əsasən, İnterpolun qaydalarına görə, barəsində axtarış elan edilən cinayətkar həbsini ilk tələb edən ölkəyə ekstradisiya edilir. Moldova martda Vlad Plaxatniuku axtarışa vermişdi.

Məlumat üçün bildirək ki, iyulun 22-də moldovalı oliqarx Vlad Plaxatniuku və həmçinin, sabiq deputat Konstantin Tsatsunu Yunanıstanda saxlayıblar.

Moldova Ədliyyə Nazirliyi onun ekstradisiya proseduruna artıq başlayıb.

Bununla yanaşı, Moldova mediası oliqarx Plaxatniukun tutulması zamanı üstündə saxta sənədlərin tapılması haqda məlumatlar yayır. Onların arasında İraq, Rusiya, Moldova, Ukrayna, Rumıniya və Bolqarıstanda verilmiş 10 xarici pasport olub. Həmçinin Vanuatu, Bolqarıstan və Rumıniyada verilmiş saxta şəxsiyyət sənədi və saxta sürücülük vəsiqələri.