Moskva vilayətində dronlarla hücum nəticəsində beş nəfər həyatını itirib

10:55, 04.08.2026

 

Moskva vilayətinə pilotsuz uçuş aparatları ilə hücum həyata keçirilib, – bu barədə vilayətin qubernatoru Andrey Vorobiov bildirib.

İlkin məlumata əsasən, beş nəfər həlak olub, altı nəfər isə xəsarət alıb.

Vorobiov, bir neçə obyektdə yanğın baş verdiyini, həmçinin elektrik yarımstansiyası və inzibati binanın zərər gördüyünü deyib.

Bununla yanaşı, hücum nəticəsində Leninqrad vilayətində “Wildberries”in logistika obyektində də yanğın baş verib. Məlumatı şirkətin özündə də təsdiqləyir və hadisə nəticəsində heç kimin xəsarət almadığını bildirirlər.

Paralel olaraq, Ukraynanın Sumi Vilayət Hərbi Administrasiyasının məlumatına əsasən, yaşayış evinin dağıntıları altından iki azyaşlının cəsədini tapıblar. Mülki infrastruktura hücum altı idarəolunan aviabomba ilə həyata keçirilib, yaşayış evləri zərər görüb və dağılıb.

Oxşar