Moskva və Leninqrad vilayəti üzərinə gecə saatlarında dronlarla hücum edilib
Moskva və Leninqrad vilayəti üzərinə gecə saatlarında dronlarla hücum edilib

Keçən gecə ərzində Moskva və Leninqrad vilayəti üzərinə dronlarla hücum edilib.

Yerli hakimiyyətin məlumatına görə, dronların bir hissəsi zərərsizləşdirilib.

Hücum səbəbindən Moskvanın bir neçə hava limanı aviareysləri müvəqqəti dayandırıb.

Moskva meri Sergey Sobyanin bildirib ki, paytaxta doğru yönəlmiş dron hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.

“Rusiya Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələri Moskva istiqamətində hərəkət edən dronu vurub. Fövqəladə hallar xidmətləri hadisə yerində işləyir”, – deyə o qeyd edib.

Bununla yanaşı, Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko bildirib ki, şəhər üzərində yeddi dron vurulub. Onun sözlərinə görə, hücum nəticəsində iki nəfər yaralanıb.