Moskva regionuna miqyaslı hücum həyata keçirilib, dronun qalıqları müxtəlif obyektlərə, o cümlədən “Wildberries”in anbarına dəyib
Moskvanın meri Serqey Sobyanin gecə Moskva vilayətində 180 dronun vurularaq düşürüldüyünü bildirib. Onun məlumatına əsasən, bu, Ukrayna tərəfindən Rusiyanın paytaxtına qarşı həyata keçirilən ən miqyaslı hücumlardan biridir.
Moskva vilayətinin qubernatoru Andrey Vorobyov dronun qalıqlarının Moskva yaxınlığında yerləşən müxtəlif obyektlərə, o cümlədən “Wildberries” şirkətinin anbarına dəydiyini bildirib.
Hücum nəticəsində regionda ən azı üç nəfər xəsarət alıb, onların arasında 10 yaşlı qız da var.
Sobyanin avqustun 17-si axşamdan səhər saat 05:00-a qədər Moskva ətrafı regiona doğru təxminən 620 dronun hərəkət etdiyinə dair məlumat verib.
Hücumlar səbəbindən Moskva hava limanlarında uçuşlara müvəqqəti məhdudiyyətlər tətbiq olunub.