Moskva meri paytaxt istiqamətində dronlarla genişmiqyaslı hücum həyata keçirildiyini bildirib, şəhərin hava limanlarında uçuşlara məhdudiyyətlər tətbiq olunub
Moskva meri Sergey Sobyaninin sözlərinə görə, paytaxt istiqamətində dronlarla genişmiqyaslı hücum həyata keçirilib.
Sergey Sobyanin sosial şəbəkədə yazıb ki, Moskva vaxtı ilə səhər saat 06:00-a qədər paytaxt istiqamətində 430-dan çox pilotsuz uçuş aparatı hərəkət edirdi. Onun sözlərinə görə, dronların əksəriyyəti hava hücumundan müdafiə qüvvələri tərəfindən şəhərdən uzaq ərazilərdə zərərsizləşdirilib.
Sobyanin əlavə edib ki, Moskvaya yaxınlaşan daha 36 dron vurulub.
Bu arada, Rusiyanın aviasiya qurumu gecə saatlarında Moskvanın bütün hava limanlarında – Domodedovo, Vnukovo, Jukovski və Şeremetyevo hava limanlarında uçuşlara müvəqqəti məhdudiyyətlər tətbiq edib.
Dron təhlükəsi səbəbindən Kaluqa, Nijni Novqorod, Krasnodar, Soçi, Saratov, Penza və digər şəhərlərin hava limanlarında da analoji məhdudiyyətlər qüvvəyə minib.
Ukrayna Silahlı Qüvvələri isə Moskva istiqamətində dronlarla genişmiqyaslı hücum cəhdi ilə bağlı hər hansı məlumat yaymayıb.