Moskva məhkəməsi rus jurnalist Darya Şipaçevaya dövlətə xəyanət ittihamı ilə 12 il azadlıqdan məhrum etmə cəzası kəsib

19:25, 29.07.2026

 

Moskva məhkəməsi rus jurnalist Darya Şipaçevaya dövlətə xəyanət ittihamı ilə 12 il azadlıqdan məhrum etmə cəzası kəsib. Bununla yanaşı, o, 300 000 rubl məbləğində cərimələnib.

“Reuters”, jurnalistin cəzasını ümumi rejimli koloniyada çəkəcəyi haqda məlumat verir.

Medianın məlumatına əsasən, ittiham Ukraynaya güman edilən pul köçürməsi ilə bağlıdır.

Nəşrin məlumatına əsasən, məhkəmə iclasları qapalı qapılar arxasında keçirildiyi üçün işin təfərrüatları məlum deyil.

Məlumat üçün bildirək ki, Darya Şipaçeva “Forbes”, “Lenta.ru” və “Reminder” nəşrlərində əsasən tibbi və elmi mövzularda fəaliyyət göstərib.

Oxşar