Monteneqroda restoranda atışma nəticəsində 10 nəfər həlak olub

12:22, 02.01.2025

Monteneqroda restoranda atışma nəticəsində 10 nəfər həlak olub. Məlumatı “BBC” yayır.

Restoranda qonaqlar arasında yaranan mübahisədən sonra atışma başlayıb.

Ölkənin daxili işlər naziri Danilo Saranoviç bildirib ki, hücumçu öz ailə üzvlərini, restoranın sahibini və sahibinin iki uşağını öldürüb.

Hücumçu – intihar edən 45 yaşlı kişi də həlak olub.

Monteneqro hökuməti ölkədə üç günlük matəm elan edib.

Oxşar