Monteneqro Rusiya və Belarus vətəndaşları üçün viza rejimini işə saldı, yeni qaydalar Türkiyə, Səudiyyə Ərəbistanı və Çin vətəndaşlarına da şamil olunacaq

19:05, 27.07.2026

 

Monteneqro hakimiyyəti Rusiya və Belarus vətəndaşları üçün viza rejimini işə salıb.

Qərar 2026-cı ilin noyabrın 1-dən qüvvəyə minəcək.

Yeni qaydalar həmçinin Türkiyə, Səudiyyə Ərəbistanı və Çin vətəndaşlarına da şamil olunacaq. Xarici İşlər Nazirliyinin məlumatına əsasən, ölkə viza siyasətini Avropa İttifaqının siyasətinə uyğunlaşdırır.

Qeyd etmək lazımdır ki, Rusiya–Ukrayna müharibəsi başladıqdan sonra Monteneqro Rusiya vətəndaşlarının kütləvi şəkildə axın etdiyi ölkələrdən biri olub, bu da böyük ölçüdə vizasız rejimlə bağlı idi.

Viza rejiminin tezliklə tətbiq olunacağı barədə məlumatın yayılması fonunda, yerli media 14 minədək rusun artıq ölkəni tərk etdiyinə dair məlumat verir.

Oxşar