Monteneqro Parlamenti baş nazir Dritan Abazoviçin nazirlər kabinetinə etimadsızlıq elan etdi

10:42, 20.08.2022

Monteneqro Parlamenti baş nazir Dritan Abazoviçin nazirlər kabinetinə etimadsızlıq elan etdi. Təşəbüskar 36 deputat idi.

“Reuters” agentliyinin məlumatına görə, Onlar Serbiya Pravoslav Kilsəsi ilə uzun mübahisədən sonra əlaqələri tənzimləməli olan mübahisəli müqavilənin imzalanmasına etiraz edirdilər.

Parlament bu il ikinci dəfədir ki, ölkənin nazirlər kabinetinə etimadsızlıq elan edir. Fevralda Parlament Serbiya Pravoslav Kilsəsinin dəstəyi olan baş nazir, Zdravko Krivokapiç hökumətinə etimadsızlıq elan etmişdi.

İndi prezident Milo Cukanoviç baş nazir postuna Parlamentə yeni namizədi təqdim etməlidir. Əks təqdirdə növbədənkənar seçkilər təyin olunacaq.

Oxşar