Monakoda yaşayış binasında baş verən partlayışla bağlı şübhəli şəxs ukrayna əsilli olub və artıq ölkə ərazisində deyil
Monakodə baş vermiş partlayış hadisəsi ilə bağlı şübhəli şəxsin ukrayna əsilli qadın olduğu bildirilir.
Monako prokurorluğunun məlumatına görə, şübhəli xarici ölkə vətəndaşıdır və hazırda Monako ərazisində deyil. Onun barəsində artıq həbs orderi verilib və həmçinin İnterpol xətti ilə “qırmızı bülleten” əsasında beynəlxalq axtarışın elan edilməsi planlaşdırılır.
İstintaqın məlumatına əsasən, müşahidə kameraları yaşayış binasının girişinə çanta qoyan bir şəxsi qeydə alıb. Bir neçə dəqiqə sonra binaya üç nəfər daxil olarkən güclü partlayış baş verib.
Hadisə üzrə araşdırma qəsdən adam öldürməyə cəhd maddəsi ilə aparılır. Rəsmilər hadisəni terror aktı kimi qiymətləndirmir.
Əvvəlcə şübhəlinin kişi olduğu bildirilmişdi, lakin yerli media onun şəxsiyyətini gizlətməyə çalışan qadın olduğunu yazır. Məlumata görə, o, partlayışdan sonra Fransa sərhədi istiqamətində qaçıb.
Yayılan məlumatlara görə, hadisə nəticəsində ukraynalı oliqarx Vadim Yermolayev, onun həyat yoldaşı və 13 yaşlı övladı yaralanıb.