Möminlər Vatikanda Müqəddəs Pyotr meydanında Pasxa bayramını qeyd edirlər, Papa Fransisk onları bayram münasibətilə təbrik edib, ənənəvi müraciəti isə Papanın əvəzinə din xadimi oxuyub
Katolik kilsəsi əzəmətli Pasxa bayramını qeyd edir. Vatikanda, Müqəddəs Pyotr meydanına minlərlə mömin toplaşıb, lakin səhhəti səbəbilə Papa Fransisk bayram ayinini icra edə bilmir, bu isə onun pontifikliyi dövründə ilk dəfə baş verir.
Ayini kardinal Ancelo Komastri yerinə yetirib, lakin Papa Müqəddəs Pyotr Bazilikasının eyvanına möminlərin qarşısına çıxıb və onları Pasxa bayramının gəlişi münasibətilə təbrik edib.
Ənənəvi “Urbi et Orbi” müraciətini şəhərə və dünyaya isə Papanın əvəzinə din xadimi oxuyub.
Roma Papası öz xütbəsində qlobal münaqişələrə, humanitar böhranlara və sülhün vacibliyinə diqqət çəkib. O, Qəzza sektorunda, eləcə də Yəməndə mövcud ağır humanitar böhrandan və atəşkəsin zəruriliyindən danışıb. Papa həmçinin Ukrayna haqqında danışıb və ölkəyə tezliklə sülhün gəlməsini arzulayıb.
Bundan əlavə, Roma Papası Ermənistan və Azərbaycan arasında nəhayət sülh sazişinin imzalanacağına ümid etdiyini bildirib.
Həmçinin, Papa öz xütbəsində qeyd edir ki, din azadlığı, ifadə azadlığı və başqalarının fikirlərinə hörmət olmadan sülh imkansızdır.
Həmçinin, Papa dünya liderlərini dialoq və sülh yolları axtarmağa çağırıb.