Moldovanın Sosialist Partiyası Konstitusiya Məhkəməsinin sentyabrın 28-də keçirilən parlament seçkilərini tanıyacağı təqdirdə etiraz aksiyaları planlaşdırır
Moldovanın Sosialist Partiyası Konstitusiya Məhkəməsinin sentyabrın 28-də keçirilən parlament seçkilərini tanıyacağı təqdirdə etiraz aksiyaları planlaşdırır

 

Moldovanın Sosialist Partiyası Konstitusiya Məhkəməsinin sentyabrın 28-də keçirilən parlament seçkilərini tanıyacağı təqdirdə etiraz aksiyaları planlaşdırır. Bu barədə partiyanın vitse-sədri Vlad Batrinça bildirir.

Sosialist Partiyasının vitse-sədri, parlament seçkilərinin qanun pozuntuları ilə və inzibati resurslardan istifadə ilə keçirildiyini, bunun da səsvermə məsələsini şübhə altına aldığını bildirib.

“Ölkədə demokratiya və azad seçkilər olmasa, Moldovanın gələcəyi haqqında ciddi danışa bilmərik. Belə şəraitdə nə iqtisadiyyat olacaq, nə də demoqrafik artım, heç nə. Seçkilər ədalətli və iştirak şərtləri bərabər olmalıdır. Yalnız bundan sonra demokratiyadan danışa bilərik” – Batrinça deyib.

O, Konstitusiya Məhkəməsinin seçkilərin nəticələrini tanımaqdan imtina etməli olduğunu deyib və jurnalistin məhkəmənin seçkiləri tanıyacağı təqdirdə Sosialist Partiyasının nə edəcəyi sualına, Batrinça bütün mümkün üsullardan istifadə edərək Moldova küçələrində sona qədər mübarizə aparacaqlarını bildirib.