Moldovanın prezident seçkilərinin ikinci turunda Maia Sandu qalib gəldi

17:58, 04.11.2024

 
Moldovanın prezident seçkilərinin ikinci turunda Maia Sandu qalib gəldi. Səslərin 100 faizi hesablanıb. Maia Sandu səslərin 55,33 faizi ilə qələbə qazanıb.

“Sosialistlər” partiyasının nümayəndəsi Aleksandre Stoianoqlo 44,67 faiz səs toplayıb.

Seçkilərdə seçici fəallığı 54 faiz olub. Ən fəal seçicilər 36-65 yaş arasında olub.

Moldovanın MSK-nın məlumatına əsasən, seçicilərin əksəriyyəti Stoianoqlonu dəstəkləyib – 51,19 faiz. Sandu isə seçicilərin səsinin 48,81 faizini toplayıb. Xaricdə seçicilərin 82 faizi Sandunu, 17 faizi isə Stoianoqlonu dəstəkləyib.

“Sosialistlər” partiyasında xarici seçki məntəqələrində səsvermənin nəticələrini tanımadıqlarını bildiriblər və Aleksandre Stoianoqlonu Moldovanın prezident seçkilərinin “əsl qalibi” adlandırırlar.

“Ötən prezident seçkilərini, xüsusilə Dnestryanı bölgədə və onun hüdudlarından kənarda səsverməni xalqın iradəsinin azad və demokratik ifadəsi adlandırmaq olmaz. Maia Sandu “diasporanın prezidenti” oldu” – bəyanatda qeyd olunub.

Oxşar