Moldovanın konstitusiya referendumunda bülletenlərin 98 faizi sayıldıqdan sonra 50,03 faiz Avropaya inteqrasiyanın tərəfdarıdır, 49,97 faiz isə əleyhinədir

10:56, 21.10.2024

 
Prezident seçkiləri ilə paralel olaraq Moldovada Avropa İttifaqına üzvlüklə bağlı referendum da keçirilib.

Konstitusiya referendumunda bülletenlərin 98 faizi sayıldıqdan sonra 50,03 faiz Avropaya inteqrasiyanın tərəfdarıdır, 49,97 faiz isə əleyhinədir.

Konstitusiya referendumunda vətəndaşlar “Moldovanın Avropa İttifaqına daxil olması məqsədilə konstitusiyanın dəyişdirilməsini dəstəkləyirsinizmi yoxsa dəstəkləmirsinizmi?” sualına cavab verməli olublar.

Seçicinin iki cavab variantı var idi – “bəli” və “yox”.

Oxşar