Moldovalı oliqarx Vladimir Plaxotniukun Yunanıstandan Kişinyova ekstradisiyası həyata keçirilib [Video]

 

Moldovalı oliqarx “Demokrat Partiyası”nın sabiq lideri Vladimir Plaxotniukun Yunanıstandan Kişinyova ekstradisiyası həyata keçirilib. Plaxotniuk Kişinyova Afinadan birbaşa reys ilə konvoy müşayiəti ilə aparılıb.

Plaxotniuku iyulun 22-də Dubaya getməyə çalışarkən Afina Hava Limanında saxlayıblar. Həmçinin, onun yaxın adamı, sabiq deputat Konstantin Tsutsu saxlanılıb. Bundan sonra Moldovanın Ədliyyə Nazirliyi Yunanıstanın müvafiq orqanlarına Plaxotniukun ekstradisiyası xahişi ilə müraciət etdi, bundan sonra da onun vəkili Plaxotniukun ekstradisiya ilə razılaşdığını bəyan etdi.

İnterpol 2025-ci ilin fevralında Vladimir Plaxotniuk barəsində beynəlxalq axtarış elan edib.

Məlumat üçün bildirək ki, Vladimir Plaxotniuk 2019-cu ilin iyununda Moldovadan qaçıb.

Üç cinayət işi çərçivəsində Moldovada Plaxotniuk barəsində həbs orderi çıxarılıb. 2023-cü ilin iyulunda prokurorluq məhkəməyə iş təqdim edib, ona əsasən Plaxotniuk 2014-cü ildə Moldova banklarından bir milyardın oğurlanmasında şərik olmaqda ittiham olunur.