Moldovada sabiq hakim partiyanın lideri Vlad Plaxatniuk 19 il həbs cəzasına məhkum edilib
Moldovada oliqarx və sabiq hakim partiyanın lideri Vlad Plaxatniuk 19 il həbs cəzasına məhkum edilib.
İstintaqın məlumatına əsasən, iş Plaxatniukun Moldova banklarından bir milyard avro oğurlamaqda iştirakı ilə bağlıdır.
Kişinyov Rayon Məhkəməsinin qərarı ilə Plaxatniuk oğurluqda iştirak etməkdə günahkar bilinib.
İstintaqın versiyasına əsasən, Moldovanın hakim partiyasının sabiq lideri üç Moldova bankından oğurlanan puldan 39 milyon avrodan çox pul alıb.
Plaxatniukun özü məhkəmə tərəfindən hökmün elan edilməsində iştirak etməyib.
Qeyd etmək lazımdır ki, prokurorluq Vlad Plaxatniuk üçün maksimum cəzanı, 25 il azadlıqdan məhrum etmə cəzasını istəyib.
Məlumat üçün bildirək ki, 2025-ci ilin sentyabrında Plaxatniuk Yunanıstandan hazırda həbsdə olduğu Kişinyova ekstradisiya edilib.