Moldovada Rusiyaya məxsus “Geran-2” tipli dronun qalıqları aşkarlanıb

10:34, 06.08.2026

Moldovanın Kahul rayonunda, Valeni kəndi yaxınlığında Rusiyaya məxsus “Geran-2” tipli pilotsuz uçuş aparatının qalıqları aşkar edilib.
Yerli polisin məlumatına görə, qalıqlar hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tapılıb.
Bildirilib ki, götürülən qalıqların, onların konstruktiv xüsusiyyətlərinin, istehsalında istifadə olunan materialların və üzərindəki nişanların ilkin ekspertizası nəticəsində onların “Geran-2” tipli pilotsuz uçuş aparatına məxsus olduğu müəyyən edilib.
Hazırda partlayıcı maddələr və texniki ekspertiza şöbəsinin mütəxəssisləri hadisənin bütün təfərrüatlarını araşdırırlar.

Oxşar