Moldovada bu gün prezident seçkilərinin ikinci turu keçirilir. Ölkə prezidenti vəzifəsi uğrunda iki namizəd – hazırkı prezident, İqor Dodon və keçmiş baş nazir, Maya Sandu mübarizə aparırlar.
Sandu seçkilərin birinci turunda seçicilərin səslərinin 36.16 dəstəyini əldə etdi. Hazırkı prezident, İqor Dodon isə, 32.61 faizni topladı.
Ölkə miqyası ilə 2 000 seçki məntəqəsi səhər saat 07:00-da açıldı. Pandemiyaya görə, seçki məntəqələrinə gedən seçicilərə tibbi maskalar paylayırlar. Həmçinin seçici seçki məntəqəsinə mütləq öz qələmi ilə getməlidir.
Moldovada prezident seçkilərini 2 000 yerli və 300 beymnəlxalq müşahidəçi müşahidə edir.