Moldovada prezident Maia Sandunun andiçmə mərasimi keçirilib

15:28, 24.12.2024

 
Moldovada prezident Maia Sandunun andiçmə mərasimi keçirilib.

Maia Sandu prezident andını içdikdən sonra bildirib ki, son illərin böhranlarına, eləcə də Rusiyanın Ukraynaya təcavüzünə baxmayaraq, cəmiyyət sülhü və demokratiyanı qoruyub saxlaya bilib.

“Əlimi ürəyimin üstünə qoyaraq sizə deyə bilərəm ki, mən ilk mandatım zamanı fədakarlıqla çalışmışam və daha böyük iradə və enerji ilə davam edəcəyəm. Dörd ildən sonra təvazökarlıqla deyə bilərəm ki, biz birlikdə heç vaxt edilməmiş bir şeyə nail olduq, birlikdə son 30 ildə edilməmiş bir şeyi edə bildik” – Maia Sandu bildirib.

Moldovada prezident seçkiləri noyabrın əvvəlində keçirilib, Maia Sandu isə ikinci müddətə seçilib.

Oxşar