Moldovada polis Rusiyanın Ukraynaya qarşı müharibəsini təbliğ etdiyi bildirilən jurnalistin evində və avtomobilində axtarış aparıb.
Moldovada polis Rusiyanın Ukraynaya qarşı müharibəsini təbliğ etdiyi bildirilən jurnalistin evində və avtomobilində axtarış aparıb. Söhbət “Gagauznews” portalının redaktoru Nikolay Kostirkindən gedir.
Axtarış Moldova Daxili İşlər Nazirliyi, Prokurorluğun Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və İnformasiya Təhlükəsizliyi Xidməti tərəfindən birgə həyata keçirilib.
Medianın yazdığı kimi, Kostirkin müharibə və etnik qarşıdurmanı qızışdırmaqda şübhəli bilinir. Hazırda şübhəli bilinən jurnalist dindirilir.
Yerli medianın məlumatına görə, Kostirkin mütəmadi olaraq Rusiyanın hərbi təcavüzünə haqq qazandıran, nifrət və müharibəni qızışdıran təbliğat materialları və çıxışlar yayıb.
Qeyd edək ki, Ukraynada müharibə başlayandan sonra “Qaqauznews” saytı bloklanıb. Hakimiyyət orqanlarının fikrincə, portal Moldovada fövqəladə vəziyyət dövründə müharibə və çəkişmələri qızışdırırdı.