Moldovada bülletenlərin 99,32 faizinin sayılmasından sonra Maia Sandu səslərin 42,31 faizini toplayıb, prezident seçkilərinin ikinci turu noyabrın 3-də keçiriləcək
Press conference by Roberta METSOLA, EP President and Maia SANDU, President of the Republic of Moldova
Moldovanın Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin bülletenlərinin 99,32 faizini sayıb.
Qeyd olunan göstəricilərə əsasən, seçicilərin 42,32 faizi hazırkı prezident Maia Sandunu, sosialistlərin dəstəklədiyi Moldovanın sabiq baş prokuroru Aleksandre Stoianoqlonu isə 26,09 faizi dəstəkləyib.
Qanunvericiliyə əsasən, əgər birinci turda heç bir namizəd 50 faizdən çox səs toplaya bilmirsə seçkilərin ikinci turu təyin edilir.