Moldovada bülletenlərin 97 faizindən çoxunun sayılmasından sonra Maia Sandu səslərin 41,55 faizini toplayıb, prezident seçkilərinin ikinci turu noyabrın 3-də keçiriləcək
Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin bülletenlərinin 97 faizindən çoxunu artıq sayıb. Seçicilərin 41,55 faizi hazırkı prezident Maia Sandunu, sosialistlərin dəstəklədiyi Moldovanın sabiq baş prokuroru Aleksandre Stoianoqlonu isə 26,51 faizi dəstəkləyib.
Səslərin tam hesablanmasından sonra qeyd olunan göstəricilər dəyişməsə və heç bir namizəd 50 faizdən çox səs toplaya bilməsə, prezident seçkilərinin ikinci turu noyabrın 3-də keçiriləcək.