Moldovada bəyan edirlər ki, beynəlxalq nartafikin marşrutlarından biri Gürcüstandan keçirdi
Moldovada Türkiyənin beş vətəndaşını yaxaladılar. Onlar 5 milyon avro dəyərində, 84 kiloqram “heroinin” qaçaqmalçılığında ittiham olunurlar, – bu barədə məlumatı ölkənin sərhəd polisi yayır.İdarənin məlumatına görə, narkotiki meyvə və tərəvəz ilə dolu yük avtomobilində aşkar etdilər. Narkotiki Türkiyədən Moldovaya Bolqarıstan və Ruminiyanı keçərək daxil oldu.
Bununla yanaşı, Moldova Sərhəd Polisinin rəhbəri bir neçə marşrutu açıqladı. O cümlədən yükün Gürcüstandan Ukrayna istiqaməti ilə gəmi vasitəsi ilə daşımaqdan gedir.
“Birinci marşrut Əfqanıstan-İran-Türkiyə-Ukrayna-Moldova, ya da Əfqanıstan-İran-Azərbaycan-Gürcüstan-Ukrayna-Moldovadır. İkinci marşrut isə Əfqanıstan-İran-Türkiyə-Bolqarıstan-Rumıniya-Moldovadır. Yükün son dayanacağı isə, Avropa İttifaqı ölkəsi, Hollandiya və Almaniya idi”, – Moldova Sərhəd Polisinin rəhbəri, Fredolin Lekar bəyan etdi.