Moldova Rusiya xəbər proqramlarının və hərbi filmlərin göstərişini qadağan etdi
Moldova Rusiya xəbər proqramlarının və hərbi filmlərin göstərişini qadağan etdi

Moldovada Rusiya xəbər proqramlarının və hərbi filmlərin nümayişi qadağan edildi.

Müvafiq sərəncamı ölkə prezidenti Maya Sandu imzaladı. Məhdudiyyət Transsərhəd Yayım haqqında Konvensiyanı ratifikasiya etməmiş bütün ölkələrə də şamil edilir.

Moldova Televiziya və Radio Şurasının sədri Liliana Vitsunun sözlərinə görə, qanun gələn həftə qüvvəyə minəcək və təbliğat daha çox sərt şəkildə cəzalandırılacaq. Vitsu deyir ki, Ukrayna müharibəsi hökuməti xarici təbliğata qarşı daha sərt tədbirlər görməyə vadar edir.