Moldova Müdafiə Nazirliyinin məlumatına görə, ölkənin hava məkanına beş dron daxil olub

10:52, 27.08.2026

Moldovanın hava məkanına beş pilotsuz uçuş aparatı (PUA) daxil olub. Bu barədə Moldova Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, dronlar müxtəlif vaxtlarda Ukraynadan Moldova istiqamətində dövlət sərhədini keçib, daha sonra yenidən Ukraynaya qayıdıb və ya radarların müşahidəsindən itib.

Moldova Müdafiə Nazirliyi qeyd edib ki, ölkənin hava məkanına icazəsiz daxilolmalar Rusiyanın Ukraynaya həyata keçirdiyi hava hücumları nəticəsində baş verib.

“Milli qurumlar tərəfdaşlarla birlikdə əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə hava məkanının monitorinqini davam etdirirlər”, – deyə Moldova Müdafiə Nazirliyindən bildirilib.

Oxşar