Moldova baş naziri, İrakli Ğaribaşvilini Gürcüstanın baş naziri vəzifəsinə təyin olunmasını təbrik edir
Moldova baş naziri, Aurelyu Çokoi İrakli Ğaribaşvilini Gürcüstanın baş naziri vəzifəsinə təyin olunmasını təbrik edir.
Gürcüstanın baş nazirinin mətbuat xidmətinin məlumatına görə, təbrik məktubunda Aurelyu Çokoi Moldova və Gürcüstan arasında dost əlaqələrinin sonrakı dərinləşdirilməsi və möhkəmləndirilməsi əhəmiyyətini xüsusilə qeyd etdi.
“Moldova Respublikası və şəxsən mənim adımdan, Gürcüstanın baş naziri vəzifəsinə təyin olunmanız münasibətilə səmimi qəlbdən təbrik edirəm. Əminəm ki, Gürcüstan hökuməti tərəqqiyə nail olacaq. Fürsətdən istifadə edirəm və hökumətlərimiz arasında dialoqun davam etdirilməsi ilə bağlı hazırlığı bir daha təsdiq edirəm, hansının da məqsədi ölkələrimiz və vətəndaşlarımızın firəvanlığı üçün, Moldova və Gürcüstan arasında dost əlaqələrinin sonrakı dərinləşdirilməsi və möhkəmləndirilməsidir. Məsuliyyətli fəaliyyətinizdə sizə uğurlar arzulayıram”, – Moldova baş naziri qeyd edir.